Peskov: Rusiya memorandumu Ukraynada münaqişənin əsas səbəblərini aradan qaldırmaq məqsədi daşıyırbackend

Peskov: Rusiya memorandumu Ukraynada münaqişənin əsas səbəblərini aradan qaldırmaq məqsədi daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən bildirib ki, Moskvanın təklif etdiyi Ukraynada nizamlanma üzrə memorandum münaqişənin köklü səbəblərini aradan qaldırmağa yönəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Nəzamlanma məsələsi son dərəcə mürəkkəbdir və çoxlu sayda nüanslardan ibarətdir”, – Kreml nümayəndəsi qeyd edib.

“Dünən Ukrayna tərəfinə təhvil verdiyimiz memorandum layihəsinin dərc olunmuş mətnini gördünüz. Orada çoxlu müddəalar var və bir neçə variant da var”, – Peskov bildirib. “Hər şey bu münaqişənin əsas səbəblərindən xilas olmaq və dayanıqlı nizamlanma yoluna çıxmaq məqsədi daşıyır”.

TASS bir gün əvvəl Rusiya memorandumunun mətnini dərc edib. Sənəd Ukraynada yekun nizamlanmanı, o cümlədən Kiyevin özünün radikal millətçi kursundan imtinasını, ölkənin rusdilli sakinlərinin müdafiəsini və Ukrayna birləşmələrinin 2022-ci ildən sonra Rusiya Federasiyasının tərkibinə daxil olanlar da daxil olmaqla Rusiya vilayətlərinin ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutur.