Rusiya və Ukrayna arasında danışıqlarda irəliləyiş əsasən ABŞ prezidenti Donald Trampın sayəsində əldə edilib.
NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib, onunla çəkilmiş video “İzvestiya” Teleqram kanalında yayımlanıb.
“İstanbulda əldə olunmuş razılaşmaların həyata keçirilməsi baxımından ABŞ və şəxsən prezident Donald Trampın vasitəçilik səyləri sayəsində irəliləyiş əldə edilib”, – deyən o, tərəflərin “1000-ə 1000” düsturuna əsasən əsir mübadiləsini başa çatdırdıqlarını qeyd edib.
Eyni zamanda, Peskov vurğulayıb ki, Rusiya və Ukrayna hələlik müvəqqəti atəşkəsə keçməyiblər, çünki onlar əvvəlcə sülhlə bağlı təkliflərlə memorandum layihəsi təqdim etməlidirlər.