Peskov Uitkoffun Moskvaya səfərini məkik diplomatiyası adlandırıbbackend

Peskov Uitkoffun Moskvaya səfərini məkik diplomatiyası adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri məkik diplomatiyasıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1”in jurnalisti Pavel Zarubinə şərhində deyib.

“Bu, məhz məkik diplomatiyasıdır”, – deyə o vurğulayıb.

Peskov aydınlıq gətirib ki, bunlar Vaşinqton tərəfindən göstərilən “vasitəçi xidmətlərdir”. O, həmçinin Whitkoffun Trampdan Putinə mesajla gəldiyini və Rusiya liderinin Ağ Ev rəhbərinə mesajı ilə getdiyini təsdiqləyib.