Rusiya Ukraynaya silah tədarükü ilə bağlı vəziyyəti diqqətlə izləyir və müəyyən problemlər görür.
NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Görünür, sənayenin sadəcə olaraq lazımi miqdarda raket istehsal etməyə vaxtı yoxdur, xüsusən də həm İsrailə, həm də Ukraynaya çoxlu tədarüklər olduğu üçün”, – deyə Kremlin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, Ukrayna xaricdən nə qədər az raket alarsa, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxınlaşır.
Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker təsdiqləmişdi ki, Vaşinqton Ukraynaya bəzi zenit-raket kompleksləri və digər dəqiq idarə olunan hərbi sursatların tədarükünü dayandırıb, çünki öz silah ehtiyatlarının azaldılmasından ehtiyat edir.