Ukraynada münaqişənin dondurulması variantı bizim üçün qəbuledilməzdir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident dəfələrlə, daha doğrusu, mütəmadi olaraq təmaslara, danışıqlara hazır olduğunu bəyan edib. Putin bildirib ki, münaqişənin dondurulmasının istənilən variantı bizə uyğun deyil. Bizim üçün hamıya yaxşı məlum olan məqsədlərimizə çatmaq vacibdir”, – Rusiya Prezidentinin sözçüsü vurğulayıb.