Rusiya Ukraynadan “1000-ə 1000” düsturuna əsasən əsirlərin dəyişdirilməsi üçün əks siyahı alıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Moskvanın Kiyevdən əks siyahı alıb-almaması sualına cavab verib.
“Bəli, həqiqətən də indi qəbul edilib”, – deyə o vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda aparılan danışıqlarda müvafiq mübadilə haqqında razılığa gəliblər.
Kremldən bildiriblər ki, bir neçə saat əvvəl Moskva Kiyevə “1000-ə 1000” mübadiləsi üçün öz siyahısını verib.