Peskov: Ukraynanın Donbasa hücum təhlükəsi çox yüksəkdirbackend

Peskov: Ukraynanın Donbasa hücum təhlükəsi çox yüksəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Donbasa silahlı hücum təhlükəsi indi çox yüksəkdir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukrayna hakimiyyəti özünü elan etmiş respublikalarla təmas xəttində – sərhəddə çox sayda qüvvə və vasitə cəmləşdirir, bu cəmləşmənin xarakteri doğrudan da hücum hərəkətlərinə hazırlıqdan xəbər verir və həqiqətən də indi belə bir təhlükə mövcuddur”, – deyə D.Peskov bildirib.

Onun sözlərinə görə, Qərbin Ukraynaya silah tədarükü bir daha Kiyevdəki qaynar başları bu əməliyyata başlamağa ilhamlandırır, hərbi təxribat təhlükəsi isə artır.