Peskov: Xarkov barədə Putinə məruzə olundubackend

Peskov: Xarkov barədə Putinə məruzə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinə Xarkov vilayətinin İzyum və Balakleya şəhərləri ərazisində qoşunların yenidən qruplaşdırılması barədə məlumat verilib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, baş verən hər bir hadisə, hərbçilərin xüsusi hərbi əməliyyat zamanı gördüyü hər bir hərəkət Ali Baş Komandana məruzə olunur. Prezident həm müdafiə naziri, həm də bütün hərbi rəhbərlərlə daim əlaqə saxlayır”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Ukrayna ordusu sözügedən iqtisamətlərdə ciddi uğurlara imza atıb.