Peskov yeni Avrasiya təhlükəsizlik sistemi haqqında danışıbbackend

Peskov yeni Avrasiya təhlükəsizlik sistemi haqqında danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ŞƏT sammitində yeni Avrasiya təhlükəsizlik sisteminin yaradılması ideyası qeyd olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Peskov əlavə edib ki, hazırda bu mövzuda tərəfdaşlarla dialoq aparılır. Bu, addım-addım irəliləyir, Kreml sözçüsü vurğulayıb.

İyun ayında Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı Avrasiyada xarici qüvvələrin iştirakı olmadan yeni təhlükəsizlik sisteminin yaradılmasını təklif edib.

Rusiya prezidentinin sözlərinə görə, Avrasiya üçün ikitərəfli və çoxtərəfli kollektiv təhlükəsizliyin təminatlarını nəzərdə tutan təhlükəsizlik sisteminin müzakirəsinin vaxtı çatıb.

O, əlavə edib ki, yeni memarlıq sistemi hamı üçün açıq olmalıdır – həm Avropa ölkələri, həm də NATO ölkələri, çünki “biz eyni qitədə yaşayırıq” və “coğrafiya dəyişdirilə bilməz”.