Peskovdan özünü təcrid edən Putin barədə açıqlamabackend

Peskovdan özünü təcrid edən Putin barədə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejimində iş də daxil olmaqla gündəlik həyat tərzini davam etdirir”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“O, gündəlik həyat tərzini davam etdirir və əlbəttə ki, onu dəyişdirmək üçün heç bir səbəb yoxdur. Özünütəcrid şərti məhdudiyyətdir”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Vladimir Putin sentyabrın 14-ü müəyyən müddətə özünütəcrid rejiminə keçdiyini elan edib. Buna səbəb Putinin ətrafında çox sayda insanda koronavirus infeksiyasının aşkarlanması olub.