Peskovdan SON DƏQİQƏ S-400 açıqlaması – Türkiyə ilə…backend

Peskovdan SON DƏQİQƏ S-400 açıqlaması – Türkiyə ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kreml Vaşinqtonun Kiyev və Aİ ilə apardığı danışıqların nəticələri üzrə ABŞ ilə təmaslara hazırlaşır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya ABŞ ilə müəyyən təmasların və mümkün görüşlərin hazırlanması üzərində işləyir.

Onun sözlərinə görə, məqsəd Vaşinqtonun Avropa İttifaqı və Ukrayna ilə apardığı danışıqların nəticələri barədə məlumat almaqdır.

“Biz həqiqətən də amerikalı həmkarlarımızla görüş və müəyyən təmasların hazırlanması ilə məşğuluq ki, ABŞ-nin Avropa və Ukrayna ilə gördüyü işlərin yekunları barədə informasiya əldə edək”, – deyə Peskov vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi digər açıqlamalarında Venesuela ətrafında gərginliyin artdığını və bunun potensial olaraq çox təhlükəli olduğunu qeyd edib.

O bildirib ki, Venesuela Rusiyanın müttəfiqi və tərəfdaşıdır və Moskva Karakasla ən yüksək səviyyədə daimi əlaqə saxlayır.

Peskov Latın Amerikası regionundakı bütün ölkələri təmkinli olmağa çağıraraq, Venesuela ətrafında vəziyyətin nəzarətdən çıxmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən görüş zamanı S-400 məsələsini müzakirə etməyiblər.