Kremlin sözçüsü Dmitriy Peskov Türkiyə ilə Rusiya arasındakı münasibətlərlə bağlı “Uzaq qohumdansa yaxın qonşu daha yaxşıdır” deyib.
NOCOMMENT.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburqda Peterburq Beynəlxalq İqtisadi Forumuna qatılıb.
Forumda Peskov Rusiya ilə Türkiyə arasındakı münasibətlərə toxunub və iki ölkənin münasibətlərini qorumaq üçün göstərdiyi səylərdən danışıb.
“Bilirsiniz, mən türkoloqam. Türk atalar məsəlində belə bir deyim var. “Uzaq qohumdan yaxın qonşu yaxşıdır” deyirlər. Ona görə də Türkiyənin Rusiyaya yaxşı qonşu olması üçün əlimizdən gələni etməliyik. Məncə, Türkiyədə hər kəsin siyasi fikri var. Onlar Rusiyanın da Türkiyə ilə yaxşı qonşu olduğunu düşünürlər. Bu vəziyyət bizim ikitərəfli münasibətlərimizə, yeni üfüqlərə çatmağa və bir çox şirkətlərin əməkdaşlığına imkan yaradır.”
NOCOMMENT.AZ