Peskovdan Türkiyəyə seçki mesajıbackend

Peskovdan Türkiyəyə seçki mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitriy Peskov, Rusiya ilə Türkiyənin bir çox sahədəki əməkdaşlığına görə Türkiyədəki seçkiləri maraqla izlədiklərini ifadə edib.

NOCOMMENT xəbər verir ki, Peskov açıqlamasında bildirib ki, onlar Türk xalqının seçiminə hörmətlə yanaşırlar və hörmətlə yanaşacaqlar. Eyni zamanda Peskov Türkiyə ilə əməkdaşlığın davam etməsini gözlədiklərini bəyan edib.

Peskov Türkiyədə keçirilən Prezident və 28-ci Dövr parlament seçkiləri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

Türkiyə ilə Rusiyanın bir çox sahədə, xüsusilə də iqtisadiyyatda geniş əməkdaşlıq həyata keçirdiyinə diqqət çəkən Peskov, “Biz Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı, yol kimi müxtəlif sahələrdə geniş miqyasda qarşılıqlı faydalı əməkdaşlıqda həmrəyik” deyib.