Peter Siyarto: “Bayden dünyanı qlobal fəlakətə doğru sövq edir”backend

Peter Siyarto: “Bayden dünyanı qlobal fəlakətə doğru sövq edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Co Baydenin verdiyi qərarlar dünyanı qlobal fəlakətə doğru sövq edir.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Vaşinqtonun Amerika silahları ilə Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə endirmək qərarını şərh edərkən bildirib.

Siyartoya görə, dünya onilliklərin ən təhlükəli iki ayı ilə üz-üzədir, çünki öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılan və bacarıqları geniş şəkildə şübhə altına alınan prezident qlobal miqyasda fəlakətə səbəb ola biləcək qərarlar qəbul edir.

“Gəlin düz deyək: Amerika silahlarının Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək dünya müharibəsi təhlükəsi yaradır. Və bu baş verərsə, biz hər şeyi itirəcəyik”, – deyə macar nazir bildirib.

Siyarto “müharibə tərəfdarı olan siyasi elitanı” Ukraynadakı münaqişəni qlobal münaqişəyə çevirməyə çalışmaqda ittiham edib və qeyd edib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi “Avropaya qitədə sülhü bərpa etmək üçün böyük şans verir”.