Petr Pavel: “Müharibə tezliklə bitməyəcək”backend

Petr Pavel: “Müharibə tezliklə bitməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə tezliklə bitməyəcək. Tərəflərdən heç biri qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel “Çex Radiosu”na deyib.

“Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz ərazisi üzərində tam nəzarəti bərpa etməyə çalışması məntiqlidir və bu, prinsipcə dəstəklənməlidir”, – deyə prezident qeyd edib.

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçildikdən sonra öz məqsədlərinə qismən də olsa nail olmağa çalışacaq. Söhbət işğal olunmuş rayonlara, xüsusən də Donbas üzərində tam nəzarətdən gedir.

Çexiya prezidenti hesab edir ki, müharibədən qarşılıqlı yorğunluq Ukrayna və Rusiya arasında danışıqlara gətirib çıxara bilər. Eyni zamanda, Kiyev Moskva ilə danışıqlar masası arxasına oturmayacağını bəyan edib, çünki Rusiya qoşunların Ukrayna ərazilərindən çıxarılması tələbini yerinə yetirməyib.