Petrosyan və Köçəryan arasında mübarizə başladı: Seçkiöncəsi qarşıdurmabackend

Petrosyan və Köçəryan arasında mübarizə başladı: Seçkiöncəsi qarşıdurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Levon Ter-Petrosyan sanki bilərəkdən müxalif Vətən Qurtuluş Hərəkatının Robert Köçəryan tərəfindən yaradıldığını deyir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyanın bildirib.

O əlavə edib ki, hər zaman qeyri-kütləvi iclasların detallarının birtərəfli şəkildə açıqlanmasına qarşı olublar, xüsusilə bu cür təfərrüatları söyləyəndə onun məzmununu təhrif etdikdə…

Ofis rəhbəri qeyd edib ki, martın 25-də Ermənistanın sabiq prezidentlərinin, eləcə də Qarabağdakı separatçıların keçmiş liderlərinin görüşü ilə bağlı təklif Ter-Petrosiyandan gəlib: “Levon Ter-Petrosyan erkən seçkilərdə ortaq iştirak etmək fikrində olduğunu da bildirdi. Ancaq Robert Köçəryan bu təklifi rədd etdi. Bako Saakyan bunu Ter-Petrosyana çatdırdı. Amma o, görüşün baş tutmasını təklif etdi. Görüş zamanı həqiqətən heç bir müzakirə olmadı, çünki Robert Köçəryan bu təklifi mənəvi düşüncələrlə motivasiya edərək təkrar rədd etdiyindən, yəni erkən seçkilər olduğu təqdirdə fərqli bir formatda iştirak etmək niyyətindədir. Bu addımın həm də Vətən Qurtuluş Hərəkatına zərbə olacağı nəzərə alındı”.

Köçəryanın adamı əlavə edib ki, Ter-Petrosyan hər şeyi doğru söyləmiş kimi görünə bilər: “Ancaq mən sadəcə onun dediyi sözlərini təkrarlayıram. Onun dedikləri həqiqət deyil. Xüsusilə, Prezident Köçəryanın Vətən Qurtuluş Hərəkatını yaratması haqda fikirləri. Erkən seçkilərdə bir araya gəlmək təklifinə gəldikdə, artıq başqa bir iştirak formatı seçmişik və bunu yaxın gələcəkdə elan edəcəyik”.

Xatırladaq ki, bu qarşılıqlı açıqlamalar artıq Levon Ter-Petrosyan və Robert Köçəryan arasında da seçkiöncəsi ciddi ziddiyyətlərin olduğuna işarət edir. Artıq müşahidələr deməyə əsas verir ki, Ermənistandakı seçkilərin şəksiz qalibi Nikol Paşinyan olacaq. Ermənistanda hakimiyyətə iddiası olan keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan arasında faktiki hiss edilməyən düşmənçilik və sətiraltı ittihamlar özünü göstərir.