Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın qardaşı Kamo Ter-Petrosyan ölüb.
NOCOMMENT.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə ixtisasca həkim olan Petrosyan 76 yaşında vəfat edib.
1946-cı ildə Kirovakanda (Böyük Qarakilsə) anadan olan Kamo Ter-Petrosyan uzun müddət “Musaler” həmyerlilər ittifaqının sədri kimi tanınıb.