Peyvənd olunanların sayı AÇIQLANDIbackend

Peyvənd olunanların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün 16 988 nəfər vaksinasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 533 683 nəfər təşkil edir.