Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 1 360 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 178, ikinci doza vaksinləri sayı 178-dir. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 886-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 118 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 757 804, birinci doza peyvəndlərin ümumi sayı 5 352 911, ikinci doza vaksinlərin sayı 4 852 792 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 303 577, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 524 olub