Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 873 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 263, ikinci doza vaksinlərin sayı 140 təşkil edib.

Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 233 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 822 079 təşkil edir.