Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son gündə koronavirus əleyhinə 779 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 48 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 895 043 təşkil edir.