Azərbaycanda son sutkada 462 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 50 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 931 574 olub.