Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 3 067 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı 587 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 910-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci doza peyvəndlərin ümumi sayı 5 345 251, ikinci doza vaksinlərin sayı 4 846 372 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 265 489, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 138 olub.