Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 1 534 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 210, ikinci doza vaksinləri sayı 194-dür. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 994-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 136 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 754 921, birinci doza peyvəndlərin ümumi sayı 5 352 473, ikinci doza vaksinlərin sayı 4 852 425 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 301 750, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 273 olub.