Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COViD-19) əleyhinə 68 676 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 159 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 554 628, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 762 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 792 396 nəfər təşkil edir.