Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COViD-19) əleyhinə 60 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 293, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 337 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 683 990, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 794 136, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 889 854 nəfər təşkil edir.