Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COViD-19) əleyhinə 32 720 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə 4 544 439, “buster” doza üzrə isə 787 910 nəfər təşkil edir.