Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COViD-19) əleyhinə 30 893 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə 4 549 652, “buster” doza üzrə isə 809 845 nəfər təşkil edir.