Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COViD-19) əleyhinə 40 658 vaksin vurulub.

“Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 616 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 566 911 nəfər təşkil edir. Ümumilikdə isə 881 345 buster doza vurulub.