Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə 30 157 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.