Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə 27 376 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 739, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 292 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.