Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus əleyhinə 8 588 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 498 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 532 020, birinci doza peyvəndlərin ümumi sayı 5 329 879, ikinci doza vaksinlərin sayı 4 831 462 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 137 947, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 232 732 olub.