Peyvənd olunmayanların koronavirusdan ölüm ehtimalı nə qədərdir?backend

Peyvənd olunmayanların koronavirusdan ölüm ehtimalı nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) koronavirus səbəbilə həyatını itirənlərlə bağlı yeni statistik məlumatları paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, araşdırmalara görə peyvənd olunmayan insanların ölmə ehtimalı peyvənd edilənlərə nisbətən 32 dəfə çoxdur.

ONS koronavirus ölümləri arasında ölüm nisbətinin peyvəndi olan və ya olmayanlarla müqayisədə iki doza peyvənd alanlar üçün daha aşağı olduğunu bildirib.

ABŞ-da isə Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) keçən ay ölkədə peyvənd olunmayanların Covid-19-dan ölmə ehtimalının 11 dəfə, virusa yoluxma ehtimalının isə 6 dəfə çox olduğunu açıqlayıb.

Tərcümə: Jalə Bədirova