Peyvənd vurulan həkim 16 gün sonra həyatını itirdi – Peyvənddən sonra əl və ayaqlarında…backend

Peyvənd vurulan həkim 16 gün sonra həyatını itirdi – Peyvənddən sonra əl və ayaqlarında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da dekabr ayının 18-də “Pfizer-BioNTech”in hazırladığı koronavirus peyvəndi vurulan həkim 16 gün sonra həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Qriqori Maykl adlı həkimin həyat yoldaşı peyvənddən sonra ərinin əllərində və ayaqlarında nöqtələr əmələ gəldiyini söyləyib. “Pfizer-BioNTech” şirkəti isə ölümün peyvəndlə bir bağlantısı olduğuna inanmadıqlarını açıqlayıb.

Florida əyalətindəki məhkəmə tibbi ekspertiza 56 yaşlı həkimin ölüm səbəbinin hələlik məlum olmadığını və ekspertiza rəyindən sonra ölüm səbəbinin ortaya çıxacağını söyləyib.
Moderator.az