Peyvənddən sonra anticisim yaranmayanlara 3-cü doza vurula bilər?backend

Peyvənddən sonra anticisim yaranmayanlara 3-cü doza vurula bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki doza peyvənd olunmuş, lakin antitel yaranmayan şəxslərə 3-cü dozanın vurulması ilə bağlı məsələ aktiv müzakirədədir”.

NOCOMMENT xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də peyvənd şirkətləri tərəfindən hələ ki, bu məsələ təsdiq almayıb: “Çalışmanın nəticələri ilin sonuna doğru açıqlanacaq və ondan sonra bu məsələ aydınlaşacaq. Bu gün üçün belə bir göstəriş və ya təlimat yoxdur”.