Peyvəndi ələ salan məşhur bloqer koronavirusdan öldü – FOTObackend

Peyvəndi ələ salan məşhur bloqer koronavirusdan öldüFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da koronavirusa inanmayan və peyvənd kampaniyasını daim ələ salan məşhur bloger Stiven Qarmon xəstəxanda vəfat edib.

NOCOMMENT.az azpost.info-ya istinadən bildirir ki, Kaliforniyadan olan 34 yaşlı Qarmon koronavirusdan dünyasını dəyişib.

O, peyvəndləmənin qatı əleyhdarlarından hesab edilirdi. Qarmon hətta koronavirusa yoluxduqdan sonra da pandemiyaya lağlağı edirdi. İstehza ilə yazırdı ki, ABŞ-ın baş infeksionisti Entoni Fauçiyə yox, Bibliyaya inanır.

Qarmon Los-Ancelesdəki klinikada müalicə alırdı. Müalicə zamanı onda pnevmoniya kəskin şəkildə artıb. Bundan sonra həkimlər Qarmonu süni tənəffüs aparatına qoşublar. Amma bloqerin həyatını xilas etmək mümkün olmayıb.

bloger
bloger