Peyvəndin ikinci dozasını vurulması şəxsin öz seçimi olmalıdır – Həkimbackend

Peyvəndin ikinci dozasını vurulması şəxsin öz seçimi olmalıdırHəkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peyvəndin birinci dozasından sonra koronavirusa yoluxan şəxslərə ikinci dozanın vurulub-vurulmaması vətəndaşların öz şəxsi seçimi əsasında olsa, daha doğru olar.

NOCOMMENT.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Vəfa Ağayeva deyib. O bildirib ki, virusa yoluxan hər kəsdə antitellər yaranmaya bilər:

“Koronavirusa yoluxan hər şəxsdə immunoqlobulinlərin, yəni antitellərin formalaşması yüzdə yüz deyil. Bəzi şəxslər virusa yoluxurlar, amma onlarda antitel formalaşmır. Buna görə hesab edirəm ki, birinci dozadan sonra koronavirusa yoluxan şəxslərə ikinci doza vurulmamışdan əvvəl immunoqlobulinlərin səviyyəsi yoxlansa, daha yaxşı olar. İmmunoqlobulin yüksək olarsa, ikinci dozasının vurulmasının heç bir ziyanı yoxdur”. / musavat.com