Pezeşkian: BRICS Qərbin birtərəfli sanksiyalarına qarşı ortaq mexanizm yaratmalıdırbackend

Pezeşkian: BRICS Qərbin birtərəfli sanksiyalarına qarşı ortaq mexanizm yaratmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian BRICS iştirakçı ölkələrinə Qərbin birtərəfli sanksiyalarına qarşı ortaq mexanizm yaratmağı təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“BRICS öz üzv ölkələrini qeyri-qanuni sanksiyalardan qorumaq üçün ortaq dəstək mexanizmi hazırlaya bilər. Bu, ölkələrin iqtisadiyyatlarının siyasi təzyiq olmadan inkişaf etməsinə imkan verər”, – deyə o bildirib.

Pezeşkian həmçinin dövlətlərin iqtisadi sanksiyalardan istifadəni dayandırmalı olduğunu, bunun isə çoxqütblü dünya inamını asanlaşdıracağını vurğulayıb.