İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki, İranın İsrailə qarşı cavab zərbələri Yaxın Şərq regionunda genişmiqyaslı hərbi qarşıdurmanın qarşısını alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əgər sionist rejimin aqressiyası cavabsız qalsaydı, bu, regionda tammiqyaslı və nəzarətsiz müharibəyə səbəb ola bilərdi”, – deyə Pezeşkian Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edənlərə müraciətində bildirib.