İran prezidenti Məsud Pezeşkian hesab edir ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.
NOCOMMENT.az xəbər verir ki, Rusiyada rəsmi səfərdə olan İran prezidenti Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb. O, həmçinin Rusiya Federasiyası ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini imzalayacağı Rusiya prezidenti Vladimir Putinlə də danışıqlar aparacaq.
“Əminəm ki, bu saziş bizim ikitərəfli münasibətlərimizdə yeni, güclü səhifə açacaq”, – Pezeşkian Mişustinlə görüşdə deyib.
Pezeşkian Mişustini əmin edib ki, İranda hər kəs respublika ilə Rusiya arasında əldə olunacaq bütün razılaşmaları ən yüksək səviyyədə həyata keçirmək əzmindədir.
“Bu səfər zamanı təkcə bu böyük razılaşma olmayacaq, həm də bizim həmkarlarımızın iştirak etdiyi digər razılaşmalar da olacaq”, – Pezeşkian qeyd edib.