Pezeşkian: Rusiya və İran ABŞ-ın bütün sanksiyalarını neytrallaşdıra bilərbackend

Pezeşkian: Rusiya və İran ABŞ-ın bütün sanksiyalarını neytrallaşdıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə görüşündə ABŞ-ın Moskva və Tehrana qarşı tətbiq etdiyi sanksiya tədbirlərinin neytrallaşdırılması imkanlarını dəyərləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Pezeşkian vurğulayıb ki, Rusiya və İran ABŞ-ın bütün sanksiyalarını neytrallaşdıra bilər.

Bundan əvvəl Putin Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Pezeşkianla danışıqlara başlayıb.

Çərşənbə günü BRİKS sammitində İran prezidenti Livan və Fələstində atəşkəs və İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edib. O, həmçinin Qəzza zolağının əhalisinə və köçkün Livan sakinlərinə təcili humanitar yardım göstərilməsinə çağırıb.