Pezeşkian: Vaşinqton Təl-Əvivi Tehrana hücuma sövq edirbackend

Pezeşkian: Vaşinqton Təl-Əvivi Tehrana hücuma sövq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian deyib ki, Amerika hakimiyyəti İsraili İslam Respublikasına hücuma təhrik edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“ABŞ prezidenti deyib ki, İranın raket və nüvə silahı olmamalıdır. Onlar sionist rejimin Qəzza zolağında olduğu kimi İrana da hücum etməsini istəyirlər və bizim isə bu hücum qarşısında susmağımızı istəyirlər”, – Pezeşkian İranın dövlət televiziyasına deyib.

Fevralın 8-də Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində nüvə məsələlərində İranla razılaşmaq istədiyini bildirib. Amerika lideri əlavə edib ki, onun üçün bu, İranı bombalamaqdan daha üstün ssenaridir.