İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atası ilə bağlı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında paylaşım edib.
Yusif Pezeşkian bildirib ki, ölkədə nöqsanları və problemləri etiraf etmək “zəiflik göstərmək” deyil, əksinə islahatların başlanğıcıdır və prezident bu məsələdə dürüstlük nümayiş etdirir.
Onun sözlərinə görə, Pezeşkianın planı və gələcəyə baxışı var, ancaq onun ideyaları ictimaiyyətə düzgün çatdırılmır.
“Prezidentin intellektual paradiqması onu tənqid edənlərin fikirlərindən fərqlənir. Problemlərin həlli hökumətin, parlamentin, məhkəmələrin, dini qurumların və xalqın birgə fəaliyyətini tələb edir. Köhnə üsulları təkrarlayaraq yeni nəticələr gözləmək olmaz. Bəzən hər şeyi hərəkətə gətirmək üçün sistemi silkələmək lazımdır”, – o yazıb.













