Amerikalı sürücü Robbi Brüer Şimali Karolinada “Sportsman” yarışı zamanı həlak olub.
NOCOMMENT.az “CBS Sports”a istinadən xəbər verir ki, 53 yaşlı pilotun avtomobili döngədə böyük sürətlə səddə çırpılıb.
İlkin məlumatlara görə, hadisənin səbəbi sürücünün sükan arxasında keçirdiyi ürəktutması olub. Xilasedicilər R.Brüeri çıxarmaq üçün avtomobilin gövdəsinin hissələrini kəsməli olublar. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, yarışın təşkil olunduğu Bouman-Qrey trekində pilotun məhz ürəktutması nəticəsində həlak olduğu dördüncü haldır.