1948-ci ildə BMT Baş Assambleyasının iclasında imzalanmış Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarını tətbiq etməklə planeti xilas etmək lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Pink Floyd qrupunun yaradıcısı Rocer Uoters “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarının həyata keçirilməsi bizə “etnik, din və milli mənsubiyyətindən asılı olmayaraq qiymətli planetimizi və onun üzərindəki bütün canlıları xilas etməyə” imkan verəcək”, – Uoters vurğulayıb.
O qeyd edib ki, hazırda sənədin müddəalarına əməl olunmur.