Pis və yaxşı xolesterinin fərqi – Hansı təhlükəlidir?backend

Pis və yaxşı xolesterinin fərqi – Hansı təhlükəlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xolesterin sözü həmişə damar, ürək, yağlanma, infarkt, insult kimi sözlərlə bir işlənilir və neqativ təsir bağışlayır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, xolesterinin “pis” və “yaxşı” növləri var, əslində, hər birinin öz rolu var.

Xolesterin – lipid növlərindən biridir, müxtəlif steroid hormonların sintezində iştirak edir. Məhz xolesterindən arteriya daxili divarlarda tıxaclar yaranır.

Xolesterol çox olduqda damar darlaşması güclənir, qan dövranı zəifləyir, damar tamlığı pozulduqda isə tromb əmələ gəlir.

Bu faktorlardan hər biri infarkt və insulta səbəb olur.

İnsanda anadan doğulandan damar daxilində gələcəkdə xolesterin yığılacaq xətlər var. Bu proses qaçılmazdır, təbiidir, amma onu tezləşdirən səbəblər var: təzyiq, şəkər, artıq çəki, siqaret və həyat tərzi.

Bu faktorlar sistem iltihabına səbəb olur, damar divarlarını qalınlaşdırır.

Xolesterinin 2 növü var: yaxşı – yüksək sıxlıqlı lipopteidlər və pis – aşağı sıxlıqlı lipidlər.

Məhz pis növ damarlarda tıxac əmələ gətirir. Məhz buna həkimlər fikir verir və riski qiymətləndirir. Xolesterin yığılmasında qaraciyər də rol oynayır.

Pis xolesterinin qanda artması ayrıca xəstəlik deyil, səbəbdir. Səbəb dərin metobolik pozulmalar və maddələr mübadiləsidir.

Ateroskleroz yaşlanma ilə bağlı baş verəcək, ondan tam qaçmaq mümkün deyil, amma profilaktik tədbirlər görmək lazımdır.

Zərərli vərdişlərdən imtina, idman, çəkinin azalması, qanda xolesterinin analizi, stress, qidalanma və s.

Norma

Ümumi xolesterinin qanda miqdarı qadınlarda 50 yaşa qədər 3-6 mmol arasıdır.

Kişilərdə 3,5- 7,8 mmol arasıdır.

Yüksək xolesterinə qarşı preparatlar statinlərdir. Onu həkim kardioloq təyin edir.