ABŞ-nin yeni müdafiə naziri Pit Heqset bəyan edib ki, Pentaqonun prioritetləri hərbçilərin döyüş ruhunu bərpa etmək, ordunu modernləşdirmək və təhdidlərin qarşısını almaq olacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Heqsetin bəyanatının mətni Pentaqonun saytında dərc olunub.
Heqset, xidmət standartlarını yüksəltməyi və birliyi gücləndirməyi planlaşdırdığını qeyd edib.
Müdafiə naziri həmçinin bildirib ki, Ordu ABŞ Prezidenti Donald Trampın müharibələrə məsuliyyətlə son qoymaq və əsas təhdidlərə yenidən diqqət yetirmək öhdəliyini dəstəkləməyi planlaşdırır.