Piyadaları dəhşətə gətirən görüntülər – ölüm anlarını göstərdilər / FOTObackend

Piyadaları dəhşətə gətirən görüntülər – ölüm anlarını göstərdilər / FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospekti və ətraf küçələrində maarifləndirici tədbir keçiriblər.

Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq edilib, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.

Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.

Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.