PKK əməliyyatı: 3 nəfər saxlanıldıbackend

PKK əməliyyatı: 3 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatı PKK/KCK-ya qarşı Türkiyənin Əskişəhər və Kahramanmaraş vilayətlərində keçirilən əməliyyatda 3 şübhəli saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Əskişəhər Respublika Prokurorluğu terror təşkilatı PKK/KCK-ya maddi-texniki dəstək, yardım və yataqlıq etdiyi müəyyən edilən şübhəlilər haqqında istintaqa başlayıb.

Bununla bağlı hərəkətə keçən Əskişəhər Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinə bağlı qruplar Əskişəhər və Kahramanmaraşda müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirib.

Xüsusi əməliyyat zamanı M.S.K, B.A. və M.K. Türkiyə polisi tərəfindən saxlanılıb.

NOCOMMENT.AZ