PKK/KCK-nın sözdə dron zabiti zərərsizləşdirilibbackend

PKK/KCK-nın sözdə dron zabiti zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə qarşı bir çox hücumların icraçısı, terror təşkilatı PKK/KCK-nın sözdə pilotsuz uçan aparat zabiti Milli Kəşfiyyat Təşkilatının Qarada keçirdiyi əməliyyatda Deniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib.

NOCOMMENT xəbər verir ki, terror təşkilatı PKK/KCK-nın sözdə pilotsuz uçan aparat zabiti Tekin Okan Milli Kəşfiyyat Təşkilatının Qarada təşkil etdiyi nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçunun 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına edilən pilotsuz təyyarə hücumlarını idarə etdiyi, hücumlarda istifadə edilən pilotsuz təyyarələri dizayn edib istehsal etdiyi müəyyən edilib. Ötən illərdə Türkiyədə təhlükəsizlik qüvvələrinə qarşı dron hücumları səbəbilə MİT tərəfindən hədəf siyahısına daxil edilib.